Zəfərin zirvəsi – ŞUŞA

8 Noyabr 2025 12:04 (UTC+04:00)

Bu gün Azərbaycanın qəlbi daha möhkəm döyünür. Bu gün bayrağımızın rəngləri göylərdə daha parlaq dalğalanır. Bu gün – Zəfər Günüdür! Bu gün – Xalqın, Ordunun, Vətən sevgisinin qələbəsidir!

Otuz il...

Bəli, düz otuz il xalqımız bu günü – azadlıq gününü gözlədi. Torpaqlarımız əsir idi, amma xalqımız heç vaxt əsir olmadı! İnamımız, ruhumuz, ümidimiz işğal olunmadı. Və nəhayət, 2020-ci ilin payızında Azərbaycan o böyük günə çatdı! Cəbhələrdə, səngərlərdə, dağlarda, dərələrdə – Azərbaycan əsgəri irəli getdi! O irəlilədikcə xalq da onunla bir addımda idi – dua ilə, ürəklə, göz yaşı ilə, inamla.

Bu, sadəcə müharibə deyildi. Bu, ədalətin qayıdışı, millətin oyanışı, tarixin səhvlərini düzəltməsi idi! Azərbaycan Ordusu XXI əsr müharibəsinə yeni ad yazdı – ağıllı, cəsarətli, yenilməz müharibə! Texnologiya ilə ürəyi, zəka ilə igidliyi birləşdirdi. Və o zaman dünya gördü ki, kiçik Azərbaycan, böyük xalqdır!

Və sonra Şuşa - 8 noyabr səhəri, o müqəddəs ad – min illərin səsi, musiqimizin beşiyi, ruhumuzun qəlbi dilimizin əzbəri oldu. Azərbaycan əsgəri qayalarla dırmaşdı, əlində bayraqla zirvəyə qalxdı. O qayalar, o sıldırımlar – sanki əsgərin adımlarıyla titrədi. Və Şuşanın küçələrində bir səs ucaldı: “Qarabağ Azərbaycandır!”.

Bu an... tarixin nəbzi dayandı, xalqın qəlbi bir oldu. Bu an biz qalib olduq, qürurlu olduq, azad olduq! Həm də bu Zəfərin hər zərrəsində bir igidin canı, bir ananın göz yaşı, bir uşağın arzusu, bir xalqın duası var. Şəhidlərimiz bu Zəfəri öz qanları ilə yazdılar, biz isə bu Zəfəri əbədi yaşadacağıq!

Bu gün azad Füzulidə, Cəbrayılda, Zəngilanda, Laçında, Kəlbəcərdə, və əlbəttə, azad Şuşada Azərbaycan bayrağı dalğalanır. Bu bayraq Vətənə olan məhəbbətin, xalqın birliyinin, inamın və şəhidlərin ruhunun rəmzidir.

Bu gün biz qalibik. Çünki bir olduq, bir-birimizə inandıq, bir səngərdə döyüşdük və Qələbəni qazandıq! Zəfər Bayramın mübarək, Azərbaycan!

Xalqın birliyi və Qələbənin şanlı salnaməsi

Hər bir xalqın tarixində elə günlər var ki, əsrlər boyu yaddaşlarda yaşar, nəsildən-nəslə keçərək milli qürur mənbəyinə çevrilər. 8 Noyabr – Zəfər Günü məhz bu qəbildəndir. Bu gün Azərbaycan xalqının milli iradəsinin, ordumuzun qəhrəmanlığının, dövlətimizin siyasi və diplomatik gücünün rəmzidir. Bu, 30 ilə yaxın davam edən ədalətsiz işğala son qoyulan, torpaqlarımızın azadlığı uğrunda yazılmış böyük zəfərin bayramıdır.
Azərbaycan xalqı uzun illər işğal altında qalan torpaqlarının azad edilməsi arzusu ilə yaşadı. 2020-ci ilin payızında başlayan Vətən müharibəsi bu arzuya reallıq qazandırdı. Hər bir azərbaycanlı — istər əsgər səngərdə, istər ana dualarında, istərsə də gənc könüllü cəbhə arxasında — bu qələbənin bir parçası oldu.

Bu, təkcə ordunun döyüşü deyildi. Bu, xalqın bütövlükdə səfərbərliyi, Prezident – Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və ordu-xalq birliyinin nümunəsi idi. Qələbə silahla deyil, həm də inamla, milli ruhla, ədalətin tərəzisi ilə qazanıldı. Azərbaycan Ordusu Vətən müharibəsində müasir döyüş taktikalarının, texnologiyanın və strateji düşüncənin ən qabaqcıl nümunələrini nümayiş etdirdi. “Ağıllı müharibə” anlayışı Vətən müharibəsi ilə yeni məna qazandı. Pilotsuz uçuş aparatlarının (PUA-ların) və yüksək dəqiqlikli silahların tətbiqi dünya hərb tarixində dönüş nöqtəsi sayıldı. Ordumuz klassik və texnoloji müharibəni birləşdirərək, qısa müddətdə böyük ərazi üstünlüyü əldə etdi.

Bu müharibə, XXI əsrin müasir informasiya və texnologiya müharibəsinin necə aparılmalı olduğuna dair yeni hərbi doktrina kimi dünya hərb elminə nümunə oldu. Hər bir xalqın tarixində simvolik məkanlar olur. Azərbaycan üçün bu məkan Şuşadır. 8 Noyabr 2020-ci ildə Şuşanın azad olunması yalnız strateji deyil, həm də mənəvi və mədəni baxımdan Zəfərin zirvəsi idi.

Qəhrəman Azərbaycan əsgərləri Şuşaya sıldırım qayalarla, əlbəyaxa döyüşlərlə daxil oldular. Bu əməliyyat müasir hərb tarixində unikal hadisə kimi qiymətləndirilir. Şuşanın azadlığı ilə düşmənin müqavimət ruhu qırıldı, müharibənin taleyi həll olundu. Bu, dəmir iradənin və xalq sevgisinin təntənəsi idi — çünki Şuşa təkcə bir şəhər deyil, Azərbaycan ruhunun qalasıdır.

Zəfər yalnız hərbi qələbə deyildi, bu, ədalətin bərpası, milli ləyaqətin dirçəlişi, tarixi ədalətin təntənəsi idi. Azərbaycan dövlətinin 30 il ərzində apardığı ardıcıl, ağıllı və diplomatik siyasət nəticəsində beynəlxalq aləm ədalətli mövqeyimizi qəbul etdi. Qələbə həm də Türk dünyasının həmrəyliyi, regional güc balansında yeni reallığın formalaşması demək idi. Bu gün Zəfər Bayramı yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür.

Zəfər Bayramı Azərbaycan tarixində yeni bir səhifə - qalib xalqın tarixini yazdı. Bu qələbə hər bir azərbaycanlının sinəsində əbədi iz buraxdı. Bu gün azad Şuşada, azad Füzulidə, azad Cəbrayılda, azad Zəngilanda, azad Laçında bayrağımız qürurla dalğalanırsa, bu, xalqımızın, ordumuzun və dövlətimizin birliyinin, qeyrətinin və inamının nəticəsidir.

Bu gün biz böyük qürur və iftixar hissi ilə Azərbaycanın Zəfər Bayramını – 8 Noyabr Zəfər Gününü qeyd edirik. Bu gün hər bir azərbaycanlının yaddaşına qızıl hərflərlə yazılmış tarixi gündür. Bu, 30 ilə yaxın davam edən ədalətsiz işğala son qoyulan, torpaqlarımızın azadlığı uğrunda qazanılmış böyük qələbənin günüdür. Bu illər ərzində xalqımız milli birliyini, dövlətinə və ordusuna inamını qorudu. Və nəhayət, 2020-ci ilin payızında başlayan Vətən müharibəsi ilə bu inam gerçəyə çevrildi. Bu qələbəni biz xalq–dövlət–ordu birliyi sayəsində qazandıq. Əsgərlərimiz səngərdə, analarımız dualarında, gənclərimiz könüllü səfərbərlikdə, dövlətimiz isə diplomatik və siyasi cəbhədə eyni məqsəd uğrunda mübarizə apardı – Vətən torpağının azadlığı uğrunda!

Bu müharibə yalnız döyüş meydanlarında deyil, həm də düşüncə və texnologiya sahəsində aparıldı. Azərbaycan Ordusu müasir hərb tarixində yeni səhifə açdı. Pilotsuz uçuş aparatlarının, ağıllı silah sistemlərinin tətbiqi, yüksək səviyyədə koordinasiya və planlaşdırma nəticəsində ordumuz qısa müddətdə möhtəşəm uğurlar qazandı. Bu, XXI əsrin hərbi taktikası baxımından bir yenilik, bir “ağıllı müharibə” modelidir. Azərbaycan əsgəri həm gücü, həm də zəkanı ilə qələbə qazandı.

Vətən müharibəsinin ən yaddaqalan və rəmzi hadisəsi, şübhəsiz ki, Şuşanın azad edilməsi idi. Çünki Şuşa – Azərbaycan ruhunun, mədəniyyətinin, musiqisinin beşiyidir. Bu gün azad Şuşada bayrağımız qürurla dalğalanır, Qarabağ torpaqlarında Azərbaycan səsi, Azərbaycan nəfəsi eşidilir. Bu qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın dəmir iradəsi sayəsində mümkün oldu. Zəfər Bayramı, eyni zamanda, Türk dünyasının həmrəyliyinin, qardaşlığının təzahürüdür. Bu gün Azərbaycan regionda ədalət və sülhün təminatçısı kimi yeni reallıq formalaşdırıb.

Bu qələbə ilə biz dünyaya sübut etdik ki, Azərbaycan xalqı heç vaxt haqqından, torpağından, ədalətindən dönmür. Biz həm döyüş meydanında, həm də diplomatiya sahəsində qələbə qazandıq. Qoy bu Zəfər əbədi olsun! Qoy şanlı Azərbaycan bayrağı bir daha enməsin!

V.VƏLİYEV