Azərbaycan Basketbol Liqasının VI turunda bu gün daha bir oyun keçiriləcək. SİA xəbər verir ki, "Gəncə" evdə NTD ilə üz-üzə gələcək.
A qrupunun matçı Gəncə Olimpiya İdman Kompleksində saat 14:00-da start götürəcək.
Gəncə təmsilçisi qrupda 5-ci, NTD isə sonuncu - 6-cı yerdədir. Hər iki komandanın 5 xalı var.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Sumqayıt" "Lənkəran"ı (98:94), "Ordu" isə "Naxçıvan"ı (100:76) məğlub edib. Tura noyabrın 9-da yekun vurulacaq.