ABŞ aviaşirkətləri yüzlərlə uçuşu ləğv edib...

7 Noyabr 2025 21:32 (UTC+04:00)

ABŞ-da böyük aviaşirkətlər hökumətin bağlanmasına görə gündəlik həyata keçirdiyi minlərlə uçuşdan yüzlərlə reysi ləğv etməyi planlaşdırır.

SİA-nın məlumatına görə, bu addım Federal Aviasiya Administrasiyasının bu gündən etibarən ABŞ-ın 40 əsas hava limanında uçuşları 10 faiz məhdudlaşdırmağa başlaması ilə əlaqədar atılır.

“FlightAware”in statistikasına əsasən, qərar qüvvəyə mindikdən bu yana ABŞ-a və ya ölkədən kənara 827 uçuş ləğv edilib.

“American Airlines” bildirib ki, bu gündən başlayaraq bu həftə sonuna qədər 6 minə yaxın uçuşdan 220-si ləğv ediləcək.

“United Airlines”in açıqlamasına əsasən, həftəsonu ərzində hər gün 5 mindən çox uçuşdan təxminən 200-nü ləğv etməyi planlaşdırır.