...SİA-nın məlumatına görə, TopSpeed portalı ən etibarlı orta ölçülü sedanların reytinqini tərtib edib.
Lexus ES 300h 100-dən 87 keyfiyyət reytinqi ilə siyahıya başçılıq edib.
Mütəxəssislər onun güclü tərəfləri kimi yüksək rahatlıq səviyyəsini və hibrid güc aqreqatının səssiz işləməsini qeyd edirlər.
İkinci yeri 100-dən 86 keyfiyyət və etibarlılıq reytinqi alan Toyota Camry tutur.
Avtomobil rahat gəzintisi və əla salon səs izolyasiyası ilə təriflənir.
Üçüncü yeri 100-dən 85 etibarlılıq reytinqi ilə Toyota Crown tutur.
Bu avtomobil geniş interyer və əla rahatlığa malikdir.
İlk 10-luğa həmçinin Nissan Altima, Genesis G80, Kia K5, Honda Accord, Subaru Legacy, Volkswagen Arteon və Hyundai Sonata da daxildirlər.
Nazlı Almuradova