İsrail səfirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

7 Noyabr 2025 16:11 (UTC+04:00)

İsrailin Bakıdakı səfirliyi Azərbaycanı 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Zəfər Günün Mübarək Azərbaycan! Dost Azərbaycana sülh, firavanlıq və uzun illər boyu çiçəklənmə arzulayırıq!", - paylaşımda qeyd edilib.