Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi ənənəvi olaraq gömrük əməkdaşları arasında qripə qarşı mövsümü peyvəndlənmə kampaniyasını uğurla davam etdirir. SİA xəbər verir ki, 7 noyabr 2025-ci il tarixində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları arasında peyvəndlənmə tədbiri həyata keçirilib. Tədbir Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rahib Məmmədovun nəzarəti ilə Mərkəzi Gömrük Hospitalının səyyar tibbi briqadası tərəfindən aparılıb. Peyvəndləmədən öncə Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Fatimə Əhmədova gömrükəməkdaşlarını müvafiq tibbi müayinədən keçirib, daha sonra gömrükçü əməkdaşlar Avropa istehsalı olan yüksək keyfiyyətli “Vaksi Qrip Tetra” vaksini ilə peyvənd olunublar. Vaksinasiya kampaniyasının məqsədi gömrük əməkdaşlarının sağlamlığının qorunması, infeksion xəstəliklərin qarşısının alınması və mövsümi respirator viruslara qarşı immunitetin gücləndirilməsidir.
Tibbi Xidmət İdarəsi tərəfindən həyata keçirilən bu profilaktik tədbirlər digər gömrük orqanlarında da
davam etdiriləcək.