Bu ilin 9 ayında məişət zorakılığından zərər çəkmiş 45 uşağa reabilitasiya xidməti göstərilib

7 Noyabr 2025 12:30 (UTC+04:00)

Bu ilin 9 ayında məişət zorakılığından çəkmiş 68 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat evrilib.

Bildirilib ki, Sosial Xidmətlər Agentliyi bu il məişət zorakılığından zərər çəkmiş 68 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib. Onlardan 23 nəfəri qadın, 45 nəfəri isə uşaqlardır.

Qeyd olunan şöbədə ötən dövrdə 276 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib. Bu şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülüb.

Müasir tələblərə uyğun şəraitin yaradıldığı reabilitasiya şöbəsində sakinlərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri göstərilir, onların asudə vaxtlarının təşkili və s. istiqamətlərdə işlər aparılır.