Misli Premyer Liqasında "Zəfər turu"na start verilir

7 Noyabr 2025 10:42 (UTC+04:00)

Futbol üzrə Misli Premyer Liqasında bu gün "Zəfər turu"na start veriləcək. SİA xəbər verir ki, ilk olaraq meydana "Şamaxı" və "İmişli" komandaları çıxacaq. Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 13:44-də başlayacaq.

Ev sahibləri 10 xalla 9-cu, qonaqlar isə 12 xalla 8-ci sırada qərarlaşıb.

Günün ikinci oyununda isə "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Matça saat 16:44-də start veriləcək. “Qırmızı-qaralar” 5 xalla 10-cu, “kimyaçılar” 17 xalla 5-ci pillədə yer alıblar.

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.