Bu gün VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək

7 Noyabr 2025 10:27 (UTC+04:00)

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək. SİA xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Azərbaycanı yarışda 20 idman növündə 179 idmançı təmsil edəcək. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.

Oyunların bağlanış mərasimi noyabrın 21-də baş tutacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ikinci dəfə İslamiadaya ev sahibliyi edir. Oyunlar ilk dəfə 2005-ci ildə Məkkə şəhərində təşkil olunub.