Qəddafinin oğlu azadlığa çıxdı - FOTO

7 Noyabr 2025 01:32 (UTC+04:00)

Liviyanın Milli Birlik Hökuməti 2015-ci il noyabrın altısında Beyrutda həbs edilən Liviyanın keçmiş lideri (1969-2011) Müəmmar Qəddafinin oğlu Hannibalın həbsdən azad edildiyini elan edib. SİA xəbər verir ki, bu barədə "Lebanon 24" xəbər portalının yaydığı açıqlamada bildirilib. "Livan hakimiyyəti mərhum Liviya lideri Müəmmər Qəddafinin (1942-2011) oğlu Hannibal Qəddafini həbsdən azad edib və onun ölkədən çıxışına qoyulan qadağanı aradan qaldırıb", - deyə məlumatda qeyd olunub.

Livan məhkəməsi həmçinin Hannibal Qəddafinin əvvəllər 11 milyon dollar məbləğində müəyyən edilmiş girov müqabilində azadlığa buraxılması barədə qərarı da qüvvədən salıb. Qəddafinin 50 yaşlı oğlu 2015-ci ildə siyasi mühacirətdə yaşadığı qonşu Suriyadan "Amal" yaraqlıları tərəfindən qaçırılıb və daha sonra Livanın hüquq-mühafizə orqanlarına təhvil verilib. 2017-ci ildə müttəhim 1978-ci ildə Liviyada yoxa çıxan şiə imamı Musa Sədr haqqında məlumatları gizlətməkdə ittiham olunub.