Məşhur aparıcı canlı yayımda dişini sındırdı

7 Noyabr 2025 04:49 (UTC+04:00)

Məşhur britaniyalı televiziya aparıcısı Ket Dili “Bu səhər” adlı canlı veriliş zamanı dişini sındırıb. SİA xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb. Şef-aşpaz Elliott Qrover 49 yaşlı aparıcı və onun həmkarı Ben Şepardı karamelli almaya qonaq edib.

Qrover karamelin dişlərə zərər verəcək qədər sərt olmadığını iddia etsə də, aparıcılardan “ehtiyatlı olmalarını” xahiş edib. Dili almadan bir dişlək aldıqdan sonra qəfildən dayanıb və narahat ifadə ilə barmağı ilə dişini yoxlayıb. “Dişim qopdu!” — deyə səslənib.