Moldova Rusiya və Belarusla parlament dostluq qruplarından imtina edib.
SİA xəbər verir ki, bu barədə Qanunvericilik Məclisinin sədr müavini Doina German bu barədə Facebook-da məlumat verib.
O yazıb ki, “12-ci Qanunvericilik Məclisinin Xarici Siyasət Komitəsi Rusiya və Belarusla parlament dostluq qruplarından imtina edib”.
Moldova "Lukoil"a qarşı sanksiyalar səbəbindən ölkə üçün potensial problemlər barədə xəbərdarlıq edib. Parlament dostluq qruplarının məqsədlərindən biri ölkələr arasında qanunvericilik səviyyəsində ikitərəfli münasibətlərin möhkəmləndirilməsini təşviq etməkdir.
Bundan əvvəl Moldovanın Baş naziri Aleksandru Muntyanu respublikanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə müqavilələrindən çıxma ehtimalını irəli sürmüşdü. 2022-ci ildə respublika rəhbərliyi MDB çərçivəsində bağlanmış müqavilələrin tədricən ləğvinə başlayıb.
Əli Babayev