İtaliyanın paytaxtı Romanın metro stansiyalarında, eləcə də avtobus dayanacaqlarındakı monitorlarda 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə videoçarx yayımlanır.
SİA xəbər verir ki, videoda hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsindən, tarixi və şanlı Zəfərdən bəhs olunur. “Bu şanlı Zəfər tariximizin ən parlaq səhifələrindən biridir, xalqımızın iradəsi və qətiyyəti sayəsində qazanılmış böyük nailiyyətdir. Bu Zəfər hər bir azərbaycanlının qəlbində yaşayır, millətimizin gücünün və qürurunun simvolu kimi əbədi yaşayacaq. Birlikdə qalib gəldik, biz birlikdə güclüyük. Birlikdə bu şanlı tarixi yazdıq. 8 Noyabr - Zəfər Günümüz mübarək!”, - deyə videoçarxda vurğulanır.
Videoçarxda Bakı Media Mərkəzinin xalqımızın şanlı Zəfərimiz böyük qürur və coşqu ilə qeyd etdiyi kadrlar nümayiş olunur.