Ən yaxşı rus müğənnisinin adı açıqlandı...

6 Noyabr 2025 19:54 (UTC+04:00)

...2025-ci ilin ən yaxşı rus qadın müğənnilərinin reytinqi açıqlanıb.

Reytinq Ümumrusiya İctimai Rəy Araşdırmaları Mərkəzinin (VTsIOM) mütəxəssisləri tərəfindən tərtib edilib. Sorğuya əsasən, 38 yaşlı Polina Qaqarina səslərin 17 faizini toplayaraq birinci yeri tutub.

SİA xəbər verir ki, lady.mail.ru portalının məlumatına görə, bu, Qaqarinanın ardıcıl dördüncü dəfə birinci yeri tutmasıdır. Valeriya Qaqarinanın ardınca 11faiz səslə gəlir.

Larisa Dolna 8 faiz səslə üçüncü, Tatyana Kurtukova isə 7 faiz səslə sonrakı yeri tutur.

Nadejda Kadışeva, Alla Puqaçeva, Anna Asti və Pelagiya da ilk 10-luğa daxil olublar.

Daha əvvəl 33 yaşlı ŞAMAN ən yaxşı rus müğənnisi seçilmişdi.

Müğənni bu yaxınlarda qalmaqala qarışmışdı.

Deputat Vitali Milonov müğənnini tənqid etmişdi. Parlament üzvü bildirib ki, "Dar leqinqlərdə "Mən rusam" mahnısını oxumaq vətənpərvərlik deyil".

Nazlı Almuradova