““Qarabağ” bu gün dünya klubları ilə başa-baş oyun nümayiş etdirir” - ŞƏRH EDİLDİ

6 Noyabr 2025 16:21 (UTC+04:00)

“Dünən “Qarabağ” möhtəşəm bir oyun göstərdi. Bununla bir daha sübut olundu ki, “Qarabağ” klub olaraq inkişaf edir və dünya klubları ilə başa-baş oyun nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Arif Əsədov deyib.

Onun sözlərinə görə, həmin klublardan biri də elə “Çelsi”dir. “Qarabağ” “Çelsi” ilə oyunda inamlı futbol oynadı: ”Oyunu iki fərqli hissəyə bölmək olar. İlk 10 dəqiqədə rəqib komandanın təzyiqi vardı. Amma daha sonra “Qarabağ” geridönüş edə bildi. Rəqibi öz meydanında təzyiq altında saxlamaqla onları səhv etməyə məcbur edirdi. İkinci hissədə “Qarabağ”da eniş oldu. Təbii ki, rəqibin oynadığı çempionatla “Qarabağ”ın oynadığı çempionat arasındakı fərq öz sözünü deyirdi. Amma bütün bunlara baxmayaraq komanda vacib olan 1 xalı qazandı. Komandamız xarakter göstərdi. “Qarabağ”da 24-lüyə düşmə ehtimalı daha da artıb. Ümid edirik ki, bu uğurlar davamlı olacaq”.