Qarabağ Universitetinin ilk məzunları magistratura imtahanlarını Xankəndidə verəcəklər - DİM rəhbəri

6 Noyabr 2025 15:26 (UTC+04:00)

İki ildən sonra Qarabağ Universitetinin ilk məzunları magistratura imtahanlarını da Xankəndidə verəcəklər. SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Zəfər Günü ilə əlaqədar keçirilən tədbirdə deyib.

“İnanıram ki, hamı Xankəndini universitet şəhəri kimi tanıyacaq”, - deyə DİM sədri vurğulayıb.