...Cənubi Afrika hökuməti Rusiya ilə Ukrayna arasındakı müharibədə vuruşmuş 17 Cənubi Afrikalıdan təcili yardım zəngləri aldığını açıqlayıb.
SİA-nın məlumatına görə, bu barədə UNIAN xəbər verir. Bəyanatda deyilir ki, Cənubi Afrika hökuməti Ukraynanın müharibədən zərər çəkmiş Donbas bölgəsində ilişib qalmış 20 ilə 39 yaş arasında olan 17 Cənubi Afrikalıdan evə qayıtmaq üçün təcili yardım çağırışları alıb.
Bəyanatda o da bildirilir ki, onlardan 16-sı Kvazulu-Nataldan, biri isə Şərqi Keypdəndir.
Prezident Cənubi Afrikalılara xatırladıb ki, 1998-ci il tarixli Xarici Hərbi Yardım Qanununa əsasən, vətəndaşların və ya təşkilatların Cənubi Afrika hökumətinin icazəsi olmadan xarici hökumətlərə hərbi yardım təklif etməsi və ya göstərməsi, yaxud xarici hərbi əməliyyatlarda iştirak etməsi qadağandır.
...Prezident Siril Ramafosa bu gənclərin muzdlu kimi görünən fəaliyyətlərə cəlb olunmasına səbəb olan halların araşdırılmasını əmr edib. Cənubi Afrika hökuməti bu gənclərin evə qayıtmaq üçün kömək istəklərinə cavab olaraq onların geri qayıtmasını təmin etmək üçün diplomatik kanallar vasitəsilə çalışır.
Əli Babayev