Azərbaycanın U-19 millisinin heyətində dəyişiklik edilib

6 Noyabr 2025 13:22 (UTC+04:00)

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. SİA AFFA-nın saytına istinadən xəbər verir ki, Türkiyənin "Ankaragücü" klubunun yarımmüdafiəçisi Həsən Nəzərlinin əvəzinə "Qarabağ"ın oyunçusu Mehdi Mütəllimli U-19-a dəvət alıb.

Qeyd edək ki, komanda Avropa çempionatının seçmə mərhələsində noyabrın 12-də Çexiya, 15-də Şimali İrlandiya, 18-də isə Malta yığması ilə qarşılaşacaq.