Ekvador Prezidenti yenidən fövqəladə vəziyyət elan edib

6 Noyabr 2025 12:16 (UTC+04:00)

Ekvador Prezidenti Daniel Noboa mütəşəkkil cinayətkarlığın qarşısını almaq məqsədilə ölkənin yeddi əyalətində yenidən 60 gün müddətinə fövqəladə vəziyyət elan edib. SİA Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, bu fərman təhlükəsizlik qüvvələrinə evlərə girib axtarış aparmağa icazə verir və sahil bölgəsində yerləşən əyalətlərdə şəxsi ünsiyyət və yazışma hüququnu məhdudlaşdırır.

Xatırladaq ki, Ekvadorun həmin əyalətləri avqust ayından etibarən fövqəladə vəziyyət rejimi altında idi və bu hal oktyabrın 6-da yenidən 30 gün müddətinə uzadılmışdı.