“Fənərbağça” Çexiya, “Samsunspor” Malta klubu ilə qarşılaşacaq

6 Noyabr 2025 10:45 (UTC+04:00)

Türkiyə klubları bu gün avrokuboklarda növbəti oyunlarını keçirəcəklər. SİA xəbər verir ki, UEFA Avropa Liqasında mübarizə aparan “Fənərbağça” IV turda Çexiyada "Viktoriya" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

İlk 3 turdan sonra Çexiya təmsilçisi 7 xalla 5-ci, İstanbul klubu 6 xalla 14-cü pillədə qərarlaşıb.

Konfrans Liqasında çıxış edən “Samsunspor” isə III tur çərçivəsində doğma meydanda Maltanın “Hamrun” kollektivini sınağa çəkəcək. Matça Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Hazırda 6 xalı olan Samsun klubu 4-cü sırada yer alıb. Xalı olmayan Hamrun təmsilçisi isə 32-cidir.