Azərbaycandan keçməklə Ermənistana yola salınacaq növbəti qatar Biləcəri stansiyasına çatıb
6 Noyabr 2025 10:33 (UTC+04:00)
Bu gün Qazaxıstandan 15 vaqon taxıl yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana keçir. SİA xəbər verir ki, qatar Biləcəri Dəmiryol Stansiyasına çatıb.
Müvafiq texniki işlərin həyata keçirilməsindən sonra qatar Ermənistana yola salınacaq.