UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun oyunları keçirilir. SİA xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi “Qarabağ” meydana çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda İngiltərə nəhəngi “Çelsi”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
“Çelsi” hazırda turnir cədvəlində 13-cü, “Qarabağ” isə 15-ci pillədə qərarlaşıb. Hər iki komandanın 6 xalı var.
Xatırladaq ki, “Qarabağ” “Çelsi” ilə artıq iki dəfə qarşılaşıb. Ağdam təmsilçisi 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Londonda 0:6, Bakıda isə 0:4 hesabı ilə rəqibinə uduzub.
5 noyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
21:45. “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə)
Baş hakim: Sebastian Qishamer (Avstriya)
Tofiq Bəhramov adına Respublika Stadionu.
***
Komandaların start heyətləri açıqlanıb.
“Qarabağ”: Mateus Koxalski, Elvin Cəfərquliyev, Bəhlul Mustafazafə, Kevin Medina, Mateus Silva, Pedro Bikalyo, Marko Yankoviç, Kadi Borgez, Leandro Andrade, Abdullah Zubir (k), Kamilo Duran
Ehtiyat heyət: Şahruddin Məhəmmədəliyev, Fabian Buntiç, Samuel Mmae, Kris Kuaku, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Oleksiy Kaşuk, Toral Bayramov, Abbas Hüseynov, Hikmət Cəbrayılzadə, Bədavi Hüseynov
“Çelsi”: Rober Sançes, Mark Kukurelya, Tosin Adarabioyo, Ceymi Qittens, Andrey Santos, Joao Pedro, Yorrel Xato, Ris Ceyms (k), Tayrik Corc, Estevao, Romeo Lavia
Ehtiyat heyət: Filip Yorqensen, Maks Merrik, Enso Fernandes, Liam Delap, Trevo Çaloba, Meyses Kaysedo, Malo Qyusto, Uesli Fofana, Coçua Açeamponq, Mark Qio, Fakundo Buonanotte, Alexandro Qarnaç
***
Matç başladı.
https://www.youtube.com/live/C8k3B5fut0s?si=KbThMlDgn7trzQkX