Keçmiş televiziya aparıcısı anasını öldürüb?...

5 Noyabr 2025 18:54 (UTC+04:00)

...Keçmiş televiziya aparıcısı Angeline Mock anasına hücum etdiyinə görə ABŞ-da həbs edilib.

SİA xəbər verir ki, bu barədə Fox News məlumat yayıb. Xəbər verilir ki, ötən cümə, 31 oktyabrda polis Mockun evinə gəlib.

Keçmiş aparıcının qollarında kəsiklər aşkarlanıb. İçəridə isə onun 80 yaşlı anasını huşsuz vəziyyətdə, çoxsaylı bıçaq yaraları ilə tapıblar.

Yaşlı qadın xəstəxanaya aparılıb, lakin onu xilas etmək mümkün olmayıb.

Mock da xəstəxanaya yerləşdirilib və sonradan anasına hücum etmək ittihamı ilə həbs edilib.

Keçmiş aparıcı bıçağı özünümüdafiə məqsədilə istifadə etdiyini iddia edib.

Qeyd edək ki, Angeline Mock 2011-ci ildən 2015-ci ilə qədər Sent-Luisdə FOX 2 News-da səhər xəbərləri aparıcısı kimi çalışıb. Daha əvvəl Amerika televiziya kanalı WDSU-da hava proqnozu aparıcısı Devon Lucy-nin partnyoruna hücum etdiyinə görə həbs olunduğu bildirilib.

Qadının həbs zamanı müqavimət göstərdiyi bildirilib.

Əli Babayev