ABŞ-ın nüvə sınaqlarını bərpa etmək planları hələlik bəlli deyil...

5 Noyabr 2025 18:45 (UTC+04:00)

...Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sözlərinə görə, ABŞ-ın nüvə silahı sınaqlarını bərpa etmək planları hələ də qeyri-müəyyəndir.

SİA-nın məlumatına görə, TASS onun sözlərindən sitat gətirib.

...Bütün bu bəyanatların və elanların təhlilinə əsasən, ABŞ-ın nüvə silahı sınaqlarının keçirilməsi və ya keçirilməməsi ilə bağlı gələcək hərəkətlərini və addımlarını tam başa düşmürük, - deyə o bildirib.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın ABŞ-da nüvə sınaqlarının bərpası ilə bağlı son açıqlaması ilə bağlı məsələni ciddi adlandırmışdı.

30 oktyabrda ABŞ Prezidenti dərhal nüvə silahı sınaqlarının keçirilməsini əmr etdiyini açıqlayıb.

O, bildirib ki, bu sınaqlar nüvə silahı sınaq proqramlarına malik olduğu iddia edilən digər ölkələrlə "bərabər əsasda" aparılacaq.

Əli Babayev