...Belarus nəqliyyat vergisi dərəcələrini artırmağı planlaşdırır. Dəyişiklik Vergi Məcəlləsinə edilən dəyişikliklər layihəsində nəzərdə tutulduğu kimi həm fiziki, həm də hüquqi şəxslərə şamil edilir.
SİA-nın məlumatına görə, nəqliyyat vergisinin məbləği icazə verilən maksimum çəkidən, tutumdan asılıdır və hər nəqliyyat vasitəsi üçün müəyyən edilir.
Məsələn, icazə verilən maksimum çəkisi 1,5 tona qədər olan nəqliyyat vasitəsi hazırda ildə 70 rubl ödəyir, lakin plana görə, onu 75 rubla qədər artırmaq nəzərdə tutulur.
Bu, 7,1 faiz artım deməkdir.
İcazə verilən maksimum çəki haqqında məlumat mövcud deyilsə, vergi müvafiq nəqliyyat vasitəsi növü üçün minimum dərəcə ilə hesablanır.
Əli Babayev