Azərbaycanın şanlı tarixi, xalqımızın qürur günüdür

5 Noyabr 2025 16:03 (UTC+04:00)

Artıq 5 ildir ki, Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri – 8 Noyabr, Zəfər Günü–xalqımızın milli iradəsinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin gücünün rəmzi kimi qeyd edilməkdədir. 8 Noyabr xalqımızı bir amal, bir məqsəd ətrafında birləşdirən, Azərbaycan dövlətinin qüdrətini və xalqın birliyini nümayiş etdirən gün kimi tarixə düşən bir gündür.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı.

Cənab Prezidentin beynəlxalq qurumların təzyiqlərinə sinə gəlməsi, xalqımızın səfərbər olması, şücaətli ordumuzun qəhrəmanlıqları, Şəhidlərimizin canı və tökülən qanı, və ümumiyyətlə Prezident-Xalq, Xalq-Prezident tandemi öz bəhrəsini verdi.

Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin fədakarlığı xalqımızın yaddaşında əbədi qalacaq. Onların cəsarəti, vətənpərvərliyi və inamı sayəsində bu möhtəşəm Zəfər əldə olundu.

Nə qədər ailələr öz övladlarını itirdi, gəlinlər ərsis, bacı və qardaşlar qardaşsız qaldılar. Hamımız çox məyus oluruq. Amma biz yenə də necə mərd xalq olduğumuzu göstərdik. Vətən sağ olsun! Deyə şəhidlərimizi son mənzilə yola saldıq. 3000 dən çox şəhid verdik. Mən şəxsən Şəhidlərimiz qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizin, veteranlarımızın canı sağ olsun!

Nəhayət, 2020-ci il 8 noyabr tarixində Şuşanınazad olunması bu qələbənin zirvəsi oldu. Məhz Şuşanın azad olunmasından sonra düşmən kapitulyasiyaya məcbur edildi və Qarabağ torpaqları bir-birinin ardınca azad olundu.

Burda bir məqamı da özəlliklə qeyd eləmək lazımdır. Siz təsəvvür edirsiniz əgər 10 noyabr “3 tərəfli saziş” imzalanmasaydı, bir güllə belə atılmadan geri qaytarılan ərazilərdə nə qədər şəhid verə bilərdik?! Təsəvvür edir siz, o Kəlbəcər dağlarını, o çətin relyefi? Allah göstərməsin!

Bunlar hamısı sözsüz ki, yenə də, cənab Prezident İlham Əliyevin bacarığı və uzaqgörən siyasətinin növbəti dəfə Azərbaycan xalqının xilasında duran nəticəsidir. Bununla da Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən Azərbaycana qaytarılmasına nail olundu.

44 gün davam edən Vətən müharibəsi Azərbaycanın 30 ilə yaxın davam edən işğal həsrətinə son qoydu. Vətən müharibəsində əldə edilən böyük tarixi qələbə xalqımız tərəfindən böyük coşqu və qürur hissi ilə qeyd olundu.

Bizim qələbəmiz dünyada hələ bir çox illər müzakirə mövzusu olaraq davam edəcək. 44 günlük Vətən müharibəsi hərb tarixində misli görünməyən qələbə kimi tarixə düşdü. Şəhidlərimizin qanı və canı bahasına yazılan dastanlar Azərbaycan xalqının nə qədər qəhrəman və mərd xalq olduğunun sübutudur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi qeyd edilməsi elan edildi.

Bu hadisə təkcə hərbi zəfər deyil, həm də millətin birliyi və qətiyyətinin təntənəsi idi.

Zəfərdən sonra Qarabağda bərpa və quruculuq işləri sürətlə davam edir. Yeni yollar, tunellər, məktəblər, xəstəxanalar və yaşayış məhəllələri inşa olunur. Bu, sadəcə torpaqların azadlığı deyil, həm də xalqımızın yenidən doğuluşudur.

Zəfərin memarları – başda Ali Baş Komandan, qəhrəman əsgərlərimiz və uca zirvələrdə olan Şəhidlərimizdir.

Bu gün hər bir azərbaycanlı fəxrlə deyir:

Qoy Zəfərimizin işığı daim yansın!

Eşq olsun Azərbaycan Ordusuna!

Eşq olsun Azərbaycan xalqına

“Qarabağ Azərbaycandır!”

İlham Quliyev

YAP Yasamal rayon, SOCAR, “Neftqazelmitədqiqatlayihə” institutu üzrə ərazi partiya təşkilatının sədr müavini.