Dövlət Film Fonduna yeni fotosənədlər daxil olub - FOTOLAR

5 Noyabr 2025 15:28 (UTC+04:00)

Azərbaycan Dövlət Film Fonduna şəxsi arxivdən yeni fotosənədlər daxil olub. Təqdim olunan fotosənədlər 1974-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Qatır Məmməd” filminin çəkiliş prosesini əks etdirir. Bu barədə SİA-ya Dövlət Film Fondundan məlumat verilib.

Bildirilib ki, fotoşəkillərdə Xalq artisti, filmin quruluşçu rejissoru Rasim Ocaqovun və çəkiliş qrupunun digər üzvlərinin nadir görüntülərinə rast gəlmək mümkündür. Yeni əldə olunmuş fotosənədlər Azərbaycan kino tarixinin öyrənilməsi baxımından əhəmiyyətli rola malikdir.