İdman Veteranları II Fəxri Xiyabanı ziyarət ediblər

5 Noyabr 2025 14:51 (UTC+04:00)

Azərbaycanın tanınmış idman veteranları Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümü münasibətilə İkinci Fəxri xiyabanı ziyarət ediblər. Milli Olimpiya Komitəsindən SİA-ya bildirilib ki, idman veteranları ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.