“Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlanır

5 Noyabr 2025 13:50 (UTC+04:00)

Noyabrın 5-dən etibarən “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlanır. Təhsil İnstitutundan SİA-ya bildirilib ki, ABŞ-ın “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsi keçiriləcək. Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər noyabrın 5-i saat 15:00-dan dekabrın 26-sı saat 17:00-dək Sorğuların idarə olunması platforması üzərindən qeydiyyatdan keçməli və formaları göndərərək qeydiyyatı tamamlamalıdırlar.

Şagirdlər müsabiqə ilə bağlı qayda və formaları, eyni zamanda əlavə məlumatı https://sabahinalimleri.edu.az/https://arti.edu.az/ portallarından əldə edə bilərlər.

Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri Amerika Birləşmiş Ştatlarında keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) iştirak edəcəklər.

Əlavə suallarla bağlı +994 51 816 78 17 mobil nömrəsi və [email protected] əlaqə vasitələrinə müraciət edə bilərsiniz.