"Fərqliliyin rəngi" festivalı dinlərarası dialoqun fərqli və kreativ təqdimatıdır - Rəvan Həsənov

5 Noyabr 2025 12:58 (UTC+04:00)

"Fərqliliyin rəngi" festivalı dinlərarası dialoqun fərqli və kreativ təqdimatıdır. SİA xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov "Fərqliliyin rəngi" festivalında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin uğurunun ilk səbəbi süni, administrativ təməl üzərində qurulmamasıdır: "Elə dövlətlər var, özlərindəki fərqliliyə xüsusi yanaşma formalaşdırmağa çalışdılar. Azərbaycanda isə fərqlilik dedikdə zənginlik, sevgi, bir-birinə ehtiram və hörmət başa düşülür. Azərbaycan modelini formalaşdıran sütunların möhkəmliyinin əyani sübutu Vətən müharibəsi oldu. Milli birlik Vətən müharibəsinin əsas qüvvəsindən biri idi".