Yağışlı hava şəraitinin yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY

5 Noyabr 2025 11:28 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür. Bu barədə SİA-ya ADY-dən məlumat verilib.

Bildirilib ki, hazırda qatarlar qrafik üzrə hərəkət edir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir.

"Sərnişinlərimizi platformalarda hərəkət edərkən, dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırırıq", - ADY-nin məlumatında deyilir.