"Sosialyönlü xərclərin dövlət büdcəsində xüsusi çəkisinin 41,1% olması nəzərdə tutulur". SİA-nın verdiyi məlumata görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasətin komitələrinin birgə iclasında bildirib.
Onun sözlərinə görə, əhaliyə dövlət büdcəsi hesabına ödənilən müavinət xərcləri ötən illə müqayisədə 13 %, Prezident təqaüdləri isə 17% artıb: "Nazir qeyd edib ki, görülən işlərin məntiqi nəticəsi olaraq növbəti ildə dövlət büdcəsində sosialyönlü xərclər 2025-ci illə müqayisədə 236 milyon manat və ya 1,4% çox olmaqla 17 milyard 146 milyon manat təşkil edəcək".