Sumqayıtda 800 abonentin qazı kəsiləcək

5 Noyabr 2025 10:29 (UTC+04:00)

Sumqayıt şəhərində 800 abonentin qazı müvəqqəti kəsiləcək. Bu barədə SİA-nın yerli bürosuna "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Qeyd olunub ki, Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yerləşən 89 mm-lik qaz xəttində baş verən sızmanın aradan aldırılması məqsədilə noyabrın 5-də saat 11:30-dan etibarən 800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatı sızma tam aradan qaldırıldıqdan sonra bərpa ediləcək.