UEFA Gənclər Liqası: “Qarabağ” və “Sabah” bu gün növbəti oyunlarına çıxacaq

5 Noyabr 2025 10:27 (UTC+04:00)

“Qarabağ” və “Sabah”ın U-19 komandaları bu gün UEFA Gənclər Liqasında növbəti oyunlarını keçirəcək. SİA xəbər verir ki, “Qarabağ” Liqa mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubunu qəbul edəcək. “Azərsun Arena"da təşkil olunacaq görüş saat 15:00-da başlayacaq.

"Sabah" isə II təsnifat mərhələsinin cavab qarşılaşmasında Fransanın "Nant" komandası ilə “Bank Respublika Arena”da üz-üzə gələcək. Matç saat 17:00-da start götürəcək.