Azad olunmuş ərazilərdə prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr düşür - Kamran Əliyev

5 Noyabr 2025 10:25 (UTC+04:00)

Azad olunmuş ərazilərdə əməkdaşların xidməti fəaliyyətinin təminatı üçün bütün zəruri şərait yaradılıb və prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr düşür. SİA-nın bölgə müxbiri xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Zəngilanda "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda keçirilən konfransda deyib.

"Azad edilmiş ərazilərdə hüquq qaydasının qorunması, qanunların düzgün icrasına nəzarət, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, həmçinin dövlət maraqlarının qorunması bu vəzifələrin əsas istiqamətlərini təşkil edir. Bu məqsədlə Baş Prokurorluq tərəfindən kompleks tədbirlər həyata keçirilir. Azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyəti bərpa olunub, kadr təminatı gücləndirilib, əməkdaşların xidməti fəaliyyətinin təminatı üçün bütün zəruri şərait yaradılıb", - deyə o əlavə edib.