ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb - YENİLƏNİB

5 Noyabr 2025 05:13 (UTC+04:00)

ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində yük təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb. SİA-nın məlumatına görə, qəza zamanı böyük yanğın baş verib.

Federal Aviasiya Administrasiyasının məlumatına əsasən, təyyarə Luisvildəki Məhəmməd Əli Beynəlxalq Hava Limanından Havay ştatının Honolulu şəhərinə yola düşmək üçün havaya qalxıb.