Rusiya Prezidenti Vladimir Putinin əcdadları Tver vilayətindəndir. O, bunu bir oğlanla canlı söhbət zamanı açıqladı. Prezident oğlandan haradan olduğunu soruşdu və oğlan "Tverdən" cavabını verdi.
Putin də öz növbəsində “Bütün əcdadlarım Tver vilayətindəndir. Bu mənada sən və mən həmvətənlərik”,- deyib Putin.
SİA-nın məlumatına görə, söhbət “Rossiya 24” televiziya kanalında canlı yayımlanıb.
2024-cü ildə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya Prezidenti Vladimir Putinin nəsil ağacını əks etdirən stend sərgiləndi.
Təqdim olunan materiallara görə, Rusiya liderinin nəslinin XVII əsrə gedib çıxdığı və əcdadlarının Tver vilayətinin kəndli sinfindən törədiyi bildirilir.
Əli Babayev