...Avropa Komissiyasının Ukraynanın Avropa inteqrasiyasındakı irəliləyişi ilə bağlı illik 100 səhifəlik hesabatı Avropa İttifaqının rəsmi saytında dərc edilib. Sənədin dərc olunmasından əvvəl belə elan edilmişdi ki, Avropa İttifaqı Ukrayna üçün müsbət genişlənmə hesabatı ilə bağlı razılığa gəlib və islahatların "tərsinə çevrilməsi" ilə bağlı hər hansı bir təklifdən yayınacaq.
SİA-nın məlumatına görə, Ukrayna həmçinin il ərzində bütün namizəd ölkələr arasında ən çox Avropa inteqrasiyası islahatlarını həyata keçirən dörd ölkə arasında yer alıb.
Eyni zamanda, Avropa Komissiyası Ukraynanı əvvəllər həyata keçirilən korrupsiyaya qarşı islahatları zəiflədə və ya geri çevirə biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırıb.
Baş nazirin Avropa və Avro-Atlantik İnteqrasiyası üzrə müavini Taras Kaçka Avropa İttifaqının genişlənmə hesabatını "üç ilin ən yaxşısı" adlandırıb.
Əli Babayev