9-cu mikrorayon ərazisində çoxmənzilli binada yanğın başlayıb

4 Noyabr 2025 16:25 (UTC+04:00)

Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmənzilli binada yanğın başlayıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.