"Böyük Qayıdış Azərbaycanın birincisi həm iqtisadi, həm siyasi, həm də regionun ümumiyyətcə xəritəsini dəyişəcək. Çünki Böyük Qayıdış proqramında, bilirsiniz ki, Qarabağ bölgəsi Azərbaycanın ən mühüm bölgələrindən biridir, həm iqtisadi, həm də tarixi olaraq həmişə önəmli zonalardan hesab olunub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloqun sözlərinə görə, bu zonada həm kənd təsərrüfatı, həm logistika, həm də digər Asiya, Avropa və Türkiyə ilə bağlı logistikanın genişlənməsi, hər tərəfə yolların açılması, logistik baxımdan, həmçinin xammal baxımından Qarabağın bugünkü rolu çox önəmlidir: "Digər tərəfdən, Qarabağda bugün yaşıl zona yarandı. Yaşıl zona, yəni tamamən hidrojen üsullu, belə desək, yeni layihələr əsasında çıxarılır. Bu da həm neft məhsullarından uzaqlaşaraq, daha çox təbiətlə əlaqəli yeni enerji qaynaqlarının yaranmasına şərait yaradır, məsələn, işıq qaynaqları, alternativ enerji mənbələri və s. Digər tərəfdən, bilirsiniz ki, oranın bərpası regionda insanların artıq həm istehsalatla, həm də ixracatla məşğul olmasına gətirib çıxaracaq. Çünki Azərbaycan getdikcə inteqrasiya olunur bütün dünyaya və biz görürük ki, Azərbaycanın artan nüfuzu, bu gün Qafqaz ölkəsi olaraq, regionda ən böyük nüfuzlu ölkə kimi dünya siyasətinə və dünya iqtisadiyyatına yavaş-yavaş öz logistik yolları ilə təsir göstərir.
Bu logistik yollar həm Azərbaycan, həm də o bölgələrdə yolların keçməsi ilə, məsələn, Ağdərə yolu, dəmir yolları, Zəngəzur dəmir yolu və s., Azərbaycanın həm logistik əhəmiyyətini artırır, həm də siyasi rolunu gücləndirir. Bugünkü gündə bilirsiniz ki, artıq neft və qaz məhsullarından çox, logistika yollarına nəzarət edən ölkələrin nüfuzu artır və Azərbaycanın da bu sahədə geniş işləri görülür. Asiya ilə, Çinlə, Avropaya qədər uzanan yol Azərbaycanın üzərindən keçdikcə, Zəngəzur dəhlizi məsələsi də sırf buna görə bu qədər əhəmiyyətlidir. Bu, Azərbaycanın həm artan siyasi, həm də iqtisadi gəlirlərinin artması və dünya siyasətində daha böyük rol oynaması ilə bağlıdır.
Digər tərəfdən, yenə dediyim kimi, orada yeni startap layihələri əmələ gəlir. Yeni startap layihələrinin başlanması ilə yeni kəndlər salınır. Yeni ağıllı kəndlər və yeni ağıllı layihələrin işlənməsi artıq Qarabağ zonasını maraqlı bir layihəyə çevirir. Digər tərəfdən, kənd təsərrüfatı məsələsi də çox mühümdür. Çünki bu zonalar, ən çox Füzuli rayonu, kənd təsərrüfatına çox uyğun olduğuna görə, kənd təsərrüfatı məhsullarının yeni salınması, oradakı bağların, həm Füzuli, həm digər rayonlarda mövcud olan bağların, həmçinin Kəlbəcər rayonunda kənd təsərrüfatına uyğun zonaların istifadəsi ilə yeni məhsulların bazara çıxarılmasına şərait yaradır.
Bugünkü gündə böyük bir dirçəliş baş verir bu zonalarda və bu dirçəliş, yeni bir dönüşün, yeni nəfəsin əmələ gəlməsi, yeni yaşayışın və yeniliklərin formalaşması ilə Azərbaycan həm siyasi nüfuzunu, həm iqtisadi gəlirlərini artırır. Böyük qayıdışla torpaqların geri alınması ilə Azərbaycan qalib bir dövlət olaraq, Qafqazda böyük bir dövlət kimi dünyaya tanınır. Bu qayıdışla, yeni infrastrukturun yaranması və yeni həyatın formalaşması ilə Azərbaycan yeni addımlara qədəm qoyur".