Almaniya kansleri Fridrix Merts ölkədəki suriyalı qaçqınları vətənlərinə qayıtmağa çağırıb. O, bunu Suriyadakı vətəndaş müharibəsinin sonu ilə əlaqələndirib və vətəndaşlarının artıq qaçqın statusu üçün əsaslarının olmadığını bildirib.
SİA-nın məlumatına görə, bu barədə dpa xəbər agentliyi bildirib.
Agentlik Mertsdən sitat gətirib: "Suriyadakı vətəndaş müharibəsi başa çatıb. Almaniyada artıq sığınacaq üçün əsaslar yoxdur, bu da o deməkdir ki, biz repatriasiyaya başlaya bilərik".
Reuters-in məlumatına görə, Almaniya kansleri Suriya prezidenti Əhməd əl-Şaraanı Almaniyada məhkum edilmiş Suriya vətəndaşlarının mümkün deportasiyasını müzakirə etmək üçün Almaniyaya dəvət edib.
O, qaçqınların əksəriyyətinin könüllü olaraq Suriyaya qayıdacağına və "onun yenidən qurulmasında iştirak edəcəyinə" ümid etdiyini bildirib və imtina edənləri deportasiya ilə hədələyib.
Əli Babayev