Azərbaycanlı UEFA nümayəndəsi Konfrans Liqasının oyununa təyinat alıb

4 Noyabr 2025 14:00 (UTC+04:00)

Azərbaycanlı UEFA nümayəndəsi Orxan Hüseynzadə beynəlxalq təyinat alıb. SİA xəbər verir ki, o, Konfrans Liqasının əsas mərhələsində Avstriyada “Rapid” və Rumıniyanın “Universitatya” komandaları arasında keçiriləcək III tur oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 6-da Vyana şəhərində yerləşən “Alyans” stadionunda təşkil olunacaq.