Mərkəzi Bankın valyuta ehtiyatları 11,3 milyard dolları ötüb
4 Noyabr 2025 13:33 (UTC+04:00)
Bu il noyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 368,3 milyon dollar təşkil edib. SİA AMB-yə istinadla xəbər verir ki, bu, ötən ayın eyni dövrü ilə müqayisədə 57,8 milyon dollar çoxdur.