Günəşdə partlayış aktivliyi artacaq

4 Noyabr 2025 12:33 (UTC+04:00)

Hazırda yüksək olan Günəş alovunun aktivliyi daha da artacaq. SİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyası məlumat yayıb. "24 saatlıq proqnoz: Geomaqnit şərait pozulub. Məşəl aktivliyi yüksəkdir, daha da artması gözlənilir", - deyə Laboratoriyanın "Telegram" kanalında yayılan mesajda deyilir.

Qeyd olunur ki, son 24 saat ərzində geomaqnit vəziyyəti qismən pozulub, məşəl aktivliyi yüksək olub.