Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi açıqlanıb

4 Noyabr 2025 11:43 (UTC+04:00)

Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci il oktyabrın 1-nə olan vəziyyətinə görə 81,5 milyard ABŞ dolları təşkil edir və xarici dövlət borcunu təqribən 17 dəfə üstələyir. 2026-cı ildə Neft Fondunun gəlir və xərcləri balanslaşdırılıb (7,7 milyard dollar = 7,7 milyard dollar), rezervlərin azalması proqnozlaşdırılmır. SİA xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 4-də keçirilən iclasında söyləyib.