Aysun göz yaşı tökdü

4 Noyabr 2025 08:41 (UTC+04:00)

Müğənni Aysun İsmayılova "Tarixin bir günü" verilişində qonaq olub. SİA xəbər verir ki, o, ilk dəfə anasının həbsindən sonra yaşadıqlarından danışıb. Sənətçi, çətin günlərində ona dəstək olan insanlardan danışıb: "Bu çətin günlərimdə mənə dəstək olanlar oldu. Bəzi yaxınlarım uzaq kimi, uzaq bildiklərim isə yaxın davrandı. Ən çox dəstəyi Tolikdən və Zenfira İbrahimovadan gördüm. Mən bu dərdlə böyüdüm, yaxşını-pisdən seçə bilirəm artıq. İnanıram ki, hər şey yaxşı olacaq. Betərin betəri var. Allaha sonsuz şükürlər olsun. Anam məni bilirəm ki, izləyir. Ona demək istəyirəm ki, səni çox sevirəm, güclü ol. Dövlətimin gücünə və ədalətinə əminəm".