Almaniya üçün Alternativ Partiyasının üzvü, (AfD) Bundestaq deputatı Bernd Baumannın ailəsinə məxsus avtomobil Hamburqun Otmarşen rayonunda yanıb. SİA xəbər verir ki, bu barədə “Bild” qəzetinin məlumatında deyilir. Baumann səhər saatlarında dövlət təhlükəsizlik işçiləri tərəfindən avtomobilin yanması barədə məlumatlandırılıb. Qeyd edilir ki, Hamburqda avtomobilin yanmasından təxminən 12 saat sonra “Antifa” qrupu yanğına görə məsuliyyəti öz üzərinə götürüb.