Tatlısəsin oğlundan şok iddia

4 Noyabr 2025 06:27 (UTC+04:00)

Məşhur müğənni İbrahim Tatlısəs ilə övladları arasındakı problemlər səngimək bilmir. SİA xəbər verir ki, İbrahim Tatlısəs bir müddətdir oğlu Əhmədlə əlaqə saxlamır. İbrahim Tatlısəs oğluna qarşı həbs qərarı çıxarılması üçün məhkəməyə müraciət edib.

İddialara görə, məhkəmə Əhmədin atasına yaxınlaşmasının qarşısını almaq üçün elektronik izlənilməsini əmr edib. Əmrə əsasən, Əhmədə elektronik topuq qolbağı taxılıb. Qərara əsasən, Tatlısəsin atasından 3 kilometr məsafəyə yaxınlaşması qadağan ediləcək.

İbrahim Tatlısəsin oğlu Əhməd mediada paylaşım edərək iddialara cavab verib:

"Mən Ahmet Tatlısesəm. Son bir neçə gündür haqqımızda yayılan xəbərlər barədə danışmalı olduğumu hiss edirəm. Bəli, atam qərar verib və mən buna hörmətlə yanaşıram. Təxminən bir ildir ki, bir-birimizi görmürük. Telefon zəngləri, mesajlar, ünsiyyət yoxdur. Əslində mən İstanbulda, o isə İzmirdə yaşayır. Beləliklə, heç bir fiziki yaxınlıq belə yoxdur. Amma yenə də bu qərar verilib və mən buna hörmətlə yanaşıram. Təxminən dörd ildir ki, hüquqi prosesdəyik, amma bu, əmlak məsələsi deyil. Bizim işimiz ailəmizi qorumaqla bağlıdır. Atamın bütün sərvətini 20 yaşlarında bir qıza qoyduğunu eşidəndə tədbir gördüm. Yeddi uşaqla belə bir qərar mənə çox səhv görünürdü. Yeganə məqsədim bacı-qardaşlarımı və ailəmi qorumaq idi".