Yefremov həbsdən azad edildikdən sonra məşqlərinə başlayıb...

3 Noyabr 2025 21:16 (UTC+04:00)

...Rusiyalı aktyor Mixail Yefremov Nikita Mixalkovun “Masterskaya 12” teatrında məşqlərə başlayıb.

SİA xəbər verir ki, KP.RU-nun məlumatına görə, həbsdən azad edilən Rusiyanın Əməkdar Artisti Mixalkovun ssenarisi əsasında hazırlanan "Şahidlərsiz" tamaşasında baş kişi rolunu məşq edir.

Premyera gələn ilin fevral ayına planlaşdırılıb.

Sərxoş vəziyyətdə ölümcül qəza törətdiyinə görə cəza çəkən Yefremovun yalnız Rusiya Federasiyası daxilində səyahət etməsinə icazə verildiyi bildirilir.

Əvvəllər Yefremovun bir neçə filmdə rol alacağı deyilirdi...

Əli Babayev