Azərbaycan Yüksək Liqasında I turdan təxirə salınmış oyunun tarixi bəlli olub

3 Noyabr 2025 16:37 (UTC+04:00)

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I turdan təxirə salınmış oyunun tarixi bəlli olub. Bu barədə SİA-ya Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.

"Gənclər" və "Murov Az Terminal" komandaları arasında keçiriləcək oyun noyabrın 6-da, saat 16:30-da start götürəcək.

Qarşılaşma AVF-nin idman zalında baş tutacaq.